Bu gün Çempionlar Liqasında yarımfinalın ilk oyunlarına start veriləcək.
"Unikal" xəbər verir ki, "Bavariya" "Real"ı qəbul edəcək. "Allyanz Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu komandalar arasında cavab qarşılaşması mayın 8-i keçiriləcək.
Qeyd edək ki, yarımfinalın digər matçı sabah oynanılacaq.
30 aprel
23:00. "Bavariya" (Almaniya) - "Real" (İspaniya)
Baş hakim: Kleman Turpin (Fransa)
"Allianz Arena"
1 may
23:00. "Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)