Türkiyəli millisinin və "Real"ın üzvü Arda Güler ötən yay "Fənərbaxça"dan Madrid təmsilçisinə keçməyini xatırlayıb.
"Unikal" İspaniya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi "kral klubu"nun ona uzunmüddətli layihə vəd etdiyini deyib:
"Mən tətildə olanda atam mənə zəng edib dedi: "Real" səni istəyir". Mən çox həyəcanlı idim. Bu mənim uşaqlıq arzum idi. Ona görə də seçimimə arxayın idim.
Keçən yay danışıqlar zamanı "Real" mənə Luka Modriçin varisi olacağımı söylədi. Uzunmüddətli layihə təklif etdilər və bu məni inandırdı. “Real”dan “Fənərbaxça”ya 17,5 milyon avrodan bir qədər çox pul ödəməsini istədik. Onlar mehribanlıqla razılaşdılar. Daha bir il “Fənərbaxça”da qala bilərdim, amma “Fənərbaxça”lı türk oğlanın Avropada nələrə qadir olduğunu dünyaya göstərmək istədim”.
Qeyd edək ki, Arda aldığı ardıcıl zədələr səbəbindən yalnız bu qış "Real"da debüt edə bilib. Futbolçu komandada cəmi 8 oyun keçirib. Güler bu görüşlərin əksəriyyətində ehtiyatdan meydana çıxıb. O, Madrid təmsilçisi üçün 2 qola imza atıb.