Xiaomi şirkəti futbol azarkeşləri və Argentina milli komandası üçün Redmi Note 13 Pro+ smartfonunun eksklüziv versiyasını təqdim edib.

"Unikal" xəbər verir ki, bu barədə “Mobiltelefon” saytı məlumat yayıb.

Hazırkı dünya çempionlarına həsr olunmuş smartfonun arxa paneli komandanın kapitanı Lionel Messinin geyindiyi 10 nömrəli komanda forması ilə dizayn olunub. Futbolçunun özü reklam materiallarında yer almayıb, telefonun arxa tərəfində çap olunan köynəkdə isə adı çəkilməyib.

Bundan əlavə, Redmi Note 13 Pro+-un eksklüziv dizaynında dəbdəbəli mavi USB-C kabeli, Argentina Futbol Federasiyasının loqosu olan mavi və ağ 120 Vt doldurma kərpici və qızılı SİM qabı çıxarmaq üçün klip var.  

Qeyri-adi dizayna malik Redmi Note 13 Pro+ hazırda yalnız Hindistanda mövcuddur. Cihazın 12/512 GB-lıq versiyası mayın 15-də 35 000 rupi (təxminən 420 dollar) qiymətinə satışa çıxarılacaq.

Seymur Əli