Azərbaycanlı futbolçu Musa Qurbanlı İsveç kubokunu qazana bilməyib.
"Unikal" xəbər verir ki, onun çıxış etdiyi “Yurqorden” turnirin finalında uduzub.
“Malmö” ilə oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Görüşün qalibi penaltilər seriyasında müəyyənləşib. Qurbanlının komandası lotereyada cəmi 1 dəfə dəqiq olaraq, 1:4 hesabı ilə uduzub.
Qeyd edək ki, Musanın adı iştirak ərizəsinə daxil edilsə də, o, meydana çıxmaq şansı qazanmayıb.