Dortmund "Borussiya"sının rəhbərliyi komandanın mərkəz müdafiəçisi Mats Hummelslə bağlı qərar verib.
"Unikal" xəbər verir ki, Almaniya klubu 35 yaşlı oyunçu ilə müqavilənin uzadılmasında maraqlıdır. "Borussiya" rəhbərliyi müdafiəçinin oyunundan razı qalıb, onun komandada qalmasını istəyir.
Tərəflər arasında mövcud müqavilə bu mövsümün sonunda başa çatır.
Qeyd edək ki, Hummels bu mövsüm Bundesliqada 24 oyuna çıxıb, 3 qol vurub.