UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
"Unikal" xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Turnirin 1/8 final mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Almaniya “Bayer”i İtaliyada “Roma”nın qonağı olub. Matçı fransalı baş hakim Fransua Leteksye idarə edib. Görüş Bundesliqa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər görüş Fransada baş tutub. “Marsel” doğma meydanda İtaliyanın “Atalanta” klubunun müqavimətini qıra bilməyib - 1:1.
Qeyd edək ki, komandalar arasında cavab matçları mayın 9-da keçiriləcək.