"Roma", "Çelsi", "İnter" və "Real Madrid"in keçmiş baş məşqçisi Joze Mourinyu AÇ-2024-ün favoritlərini açıqlayıb.
"Unikal" xəbər verir ki, "Daily Mail"-ə danışan portuqaliyalı mütəxəssis üç komandanı fərqləndirib:
“Portuqaliya, Fransa və İngiltərə. Bəli, sürprizlər olur. Amma bu komandalardakı oyunçuların keyfiyyətinə və kəmiyyətinə baxanda düşünürəm ki, Portuqaliya turnirə qalib gəlmək üçün gedir”.
Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.