Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan tədbirdə kaneo-kayak və akademik növdə qalib olan ölkələrin idmançılarına kuboklar təqdim edilib.
Kaneo-kayak növündə birinci yerin sahibi Gürcüstan, akademik növdə isə Özbəkistan olub.
Mükafatları komandalara Azərbaycan Kaneo və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov ilə Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli təqdim ediblər.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, Azərbaycan yığması turniri 9 medalla başa vurub.