Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tur start götürəcək.
"Unikal" xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
“Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Saat 16:30-da Tovuz şəhər stadionunda baş tutacaq görüşü İnqilab Məmmədov idarə edəcək.
Turun mərkəzi qarşılaşması sayılan “Qarabağ” - “Neftçi” matçı isə “Azərsun Arena”da keçiriləcək. FIFA referisi Elçin Məsiyevin baş hakim olacağı qarşılaşmanın start fiti saat 19:30-da səslənəcək.