"Beşiktaş" Türkiyə Superliqasında 35-ci tur oyununa çıxıb.
"Unikal" xəbər verir ki, İstanbul təmsilçisi "Rizespor"u qəbul edib. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Beşiktaş" qalibiyyət qolunu 90+7-ci dəqiqədə vurub. Bu qələbə ilə xalını 54-ə (35 oyun) çatdıran "Beşiktaş" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
"Qalatasaray" 93 xalla (34 oyun) 1-ci, "Fənərbaxşa" 89 xalla (34 oyun) 2-ci, "Trabzonspor" isə 58 xalla (34 oyun) 3-cü pillədə yer alıb.