İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.

"Unikal" xəbər verir ki, "Real Madrid" sona 4 tur qalmış çempionluğu təmin edib.

Doğma meydanda "Kadis" klubuna 3 cavabsız qolla qalib gələn "kral klubu" "Barselona"nın səfərdə "Jirona"ya uduzmasından (2:4) sonra qızıl medalları rəsmiləşdirib. Bu, Madrid təmsilçisinin 36-cı La Liqa çempionluğu olub.

Qeyd edək ki, hazırda ilk pillədəki "Real Madrid"in 87 xalı var. İkinci sırada 74 xalla "Jirona" qərarlaşıb. İlk "üçlüy"ü isə 73 xalı olan "Barselona" tamamlayır.

***20:48

"Real" La Liqada 34-cü tur oyununa çıxıb.

"Unikal.az xəbər verir ki, Madrid klubu "Kadis"ə qəbul edib.

Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.