"Çox məyusam. Azarkeşlərdən üzr istəyirəm. Təəssüf ki, rahat şəkildə məğlub olduq. Qırmızı vərəqədən sonra hər şey bəlli idi".
"Unikal" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç "Qarabağ"a 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.
O, oyundan əvvəl "Qarabağ"ı məğlub edəcəklərini düşündüyünü bildirib: "Rəqibin bundan əvvəl keçirdiyi matçlara baxmışdıq. Ancaq səhvlərimiz çox oldu. Bunların üzərində işləməliyik. Düşünürdük ki, mərkəzdə topu saxlamaqla nələrisə edə bilərik, lakin Ağdam klubu bizə qarşı tamamilə fərqli hazırlaşmışdı”.