Portuqaliyalı hücumçu Kriştianu Ronaldunun oynadığı "Əl-Nəsr" klubu “Əl-Vehda” ilə görüşdə 6-0 hesablı qələbəyə sevinib.
"Unikal" xəbər verir ki, 39 yaşlı Ronaldu oyunda het-triklə yadda qalıb. Ulduz futbolçu matçın 5, 12 və 56-cı dəqiqələrində fərqlənib.
Qeyd edək ki, 6-0 hesabı ilə qalib gələn “Əl-Nəsr” 74 xalla 2-ci pillədə qərarılaşır.