Rusiya Avropada təxribat hazırlayır.

Unikal” xəbər verir ki, bu barədə “Financial Times” üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb.

Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib.

Materialda o da vurğulanıb ki, Rusiya Qərb dövlətləri ilə münaqişə etmək istəyir və artıq Avropa ərazisində məxfi partlayışlar, yanğınlar və infrastruktura ziyan vurmaq üçün daha fəal şəkildə hazırlaşmağa başlayıb.