Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 6-da Macarıstana rəsmi səfərə gedəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Mirzoyanın Macarıstanın yüksək rütbəli rəsmiləri, o cümlədən xarici işlər naziri Peter Siyarto ilə görüşü planlaşdırılır.
Nazirlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.