Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.
"Unikal"ın məlumatına görə, günün ilk matçında "Zirə" "Turan Tovuz"un qonağı olub.
Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib – 2:1. "Qartallar"da 14-cü dəqiqədə Salifu Suma, 70-ci dəqiqədə Sezar Meza Kolli fərqlənib.
Meydan sahiblərində Fərid Nəbiyev 52-ci dəqiqədə adını tabloya yazdırıb. 90+8-ci dəqiqədə Roderik Miller birbaşa qırmızı vərəqə alaraq "Turan Tovuz"u azlıqda qoyub.
Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. Tovuz təmsilçisi 42 xalla yeddincidir.
Bu gün "Araz-Naxçıvan" – "Sabah" görüşü də təşkil olunacaq.