İtaliya A Seriyasında 35-ci turun növbəti oyunları keçirilib.
"Unikal" xəbər verir ki, turun mərkəzi qarşılaşması paytaxt Romada baş tutub. "Roma" və "Yuventus" komandalarının üz-üzə gəldiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 15-ci dəqiqədə Romeu Lukaku açıb. Bərabərlik qolunu 31-ci dəqiqədə Qleison Bremer vurub.
Günün digər oyunlarında "Verona" "Fiorentina"nı 2:1 hesabı ilə məğlub edib. "Kalyari" - "Leççe" (1:1), "Empoli" - "Frozinone" (0:0) və "Milan" - "Cenuya" (3:3) görüşləri isə heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 66-ya yüksəldən "Yuventus" üçüncü pillədə qərarlaşıb. Aktivində 60 xalı olan "Roma" beşinci yerdədir. Turnir cədvəlinə isə daha əvvəl çempionluğunu rəsmiləşdirən (89 xal) "İnter" başçılıq edir.