4 qəhrəman haqqında film
19:33 23-05-2013
SİYASƏT
4 qəhrəman haqqında film
Son zamanlar Azərbaycanda milli qəhramanların,şəhidlərin keçdikləri döyüş yolları,göstərdikləri qəhramanlıqlar geniş şəkildə təbliğ olunmaqdadır. Prezident İlham Əliyevin bu məqsədlə Xocalı kompleksinin yaradılması ilə bağlı qərarıda xüsusi olaraq qeyd edilməkdədir. Bu baxımdan Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Sevinc Hüseynovanın atdığı addımda rəğbətlə qarşılanmaqdadır.
Belə ki, millət vəkili "Alınmaz Qalanın Qəhrəmanları" sənədli filminin təqdimat mərasimini keçirib. O, tədbiri giriş sözü ilə açaraq Milli Qəhrəmanların ictimaiyyətə tanıtdırmaq və yaddaşlara həkk etdirməyin hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu bildirib:" 20 faiz torpğaı işğalda olan ölkənin Milli Qəhrəmanlarının hərbi və həyat yolunu yetişməkdə olan gənc nəslə örnək olaraq təbliğ etmək hər birimizin borcudur.Bu gün aparılan təbliğat,tanıtım işləri yeni nəslin sabah formalaşması deməkdir.Biz bu istiqamətdə işlərimizi davam etdirəcək, qəhramanlarımızın,şəhidlərimizin yaşadığı ömrü dünyaya tanıdacağıq "
Təqdimatda Milli Məclisin vitse spikeri, komitə sədrləri, deputatlar, gənclər təşkilatlarının rəhbərləri, şəhid ailələri, ziyalılar və s. ictimaiyyət nümayəndələri iştirak edib.
Xanım deputatın təşəbbüskarlığı ilə ərsəyə gələn filmdə Gədəbəy rayonunun 4 Milli Qəhrəmanın həyat və döyüş yolu işıqlandırılıb. S. Hüseynova " Film çox sayda ziyalı potensialı yetişdirmiş Gədəbəy rayonunun timsalında xalqımızın Qarabağ münaqişəsində apardığı mübarizədən və 4 Milli Qəhrəmanımızdan bəhs edir. Gədəbəy rayonunun 80-90- cı illərdə 123 km sərhəd boyunda burada yaşayan sakinləri elə orda yerləşən dağlar kimi torpağa öz bağlılığını sübüt edərək alınmaz qalaya çevrilərək 186 şəhid verib." - deyə, filmdən və Gədəbəyin qəhrəmanlıq tarixcəsindən danışıb.
Millət vəkilinin çıxışından sonra filmin təqdimatı olub. Filmdə döyüş dostlarının xatirələrində olduğu kimi Milli Qəhrəmanlar İsgəndər Aznaurov, Aytəkin Məmmədov, Məzahir Rüstəmov və İlham Aliyevin döyüş yolunu və şəhidlik zirvəsinə ucaldıqları son məqamlar təsirli cizgilərlə səhnələşdirilib.
Filmin nümayişindən sonra vitse spiker Bahar Muradova layihə ilə bağlı fikrini bildirib: "Son dövrlərdə naliyyətlərimiz, faciələrimiz, qəhrəmanlıqlarımız haqqında çox danışmışıq, kitablar yazmışıq. Bu filmə baxanda ikili hisslər keçirdim... Sevindim ki bu cür övladları olan bir xalqın nümayəndəsiyəm. Bu toropaq uğrunda canlarını fəda verən oğul və qızların müasiri soydaşı olduğumdan qürur duydum. Eyni zamanda həyatlarını gənc yaşlarda itirmiş gənclərimiz üçün ürək ağrısı yaşadım. Bu torpağın qəhrəmanını, müdafiəçisini yetirdim deyən bir xalq üçün belə qəhrəmanları tanımaq, hətda onların ölüm anlarını gözləri ilə görmək belə qürur verici bir haldır."
Tədbirdə iştirak edən digər deputatlar Hadi Rəcəbli və Kamilə Əliyeva da filmlə bağlı fikirlərini bölüşüblər. Onlar bu cür layihələrin gənc nəslin tərbiyəsində əvvəzsiz rol oynadığını vurğulayıblar.
Gənclərin marifləndirilməsi istiqamətində bu gün ölkəmizdə uğurlu siyasət aparılır. Bu layihənin ərsəyə gəlməsi də məhz bu siyasətin nəticəsidir deyə, bu təşəbbüsü həyata keçirməkdə əməyi olan hər kəsə təşəkkürünü çatdırıb.
Tədbir iştirakçıları sonda bildiriblər ki, bu cür təşəbbüslər təkrarlanmalı 213 Milli Qəhrəmanın hər birinin həyatı döyüş yolu ictimaiyyətə, gənc nəslə çatdırılmalıdır.
Qeyd edək ki, layihə Gənclərin Maarifləndirilməsi və Təlimi İctimai birlityi tərəfindən həyata keçirilib. Gənclər və Turizm Nazirliyi isə maliyyə dəstəyi verib.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53