"Mançester Siti"nin kataloniyalı baş məşqçisi, İngiltərə çempionu və kubokunun qalibi Xosep Qvardiola "Bavariya"ya qayıtmayacaq.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qvardiolanın nümayəndəsi Tomas Tuxelin baş məşqçi postunu tərk etməsindən sonra "Bavariya"nın Qvardiolanı geri qaytarmaq istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "O, “Bavariya”nı ürəyində saxlayır, lakin onun bu yay “Mançester Siti”ni tərk etmək fikri yoxdur”. Burada çox xoşbəxtdir. Onun müqaviləsi 2025-ci ilin iyununa qədər nəzərdə tutulub. "Bavariya"ya qayıtmaq nəzərə alınmır".
Ağarza Elçinoğlu