PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının yarımfinal mərhələsinin Dortmund “Borussiya”sı ilə cavab oyunu haqda danışıb.
"Unikal" xəbər verir ki, ispaniyalı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında iddialı olduqlarını bildirib:
“Biz qalib gələcəyik. Bu, fransızca bildiyim yeganə ifadədir. İdeya ilk matçdakı kimi oynamaqdır. Məqsədimiz finala çıxmaqdır. Bunun üçün isə “Borussiya” kimi görkəmli komandadan daha yaxşı olmalıyıq”.
Qeyd edək ki, bu gün Parisdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandaların Dortmunddakı ilk matçı “Borussiya”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.