Azərbaycan bədii gimnastı İlona Zeynalova mayın 10-da Portuqaliyanın Portimao şəhərində start götürəcək "Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcək.
"Unikal" xəbər verir ki, o, məşqçi Aleksandra Reyşin rəhbərliyi altında mübarizə aparacaq.
Üç gün davam edəcək yarışda ədaləti hakim Yevgeniya Vilyayeva qoruyacaq.