Türkiyə kubokunda ilk finalçı bəlli olub.
"Unikal" xəbər verir ki, “Beşiktaş” “Ankaragücü”nü mübarizədən kənarlaşdırıb.
Komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb. Cavab qarşılaşmasının taleyini isə 1 qol həll edib. Muci “qara qartallar”ı finala yüksəldən topun müəllifi olub.
Qeyd edək ki, digər cütdə “Karagümrük” – “Trabzonspor” (2:3) cavab matçı keçiriləcək.