UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində Fransada PSJ və Almaniyanın “Borussiya Dortmund” komandaları arasında keçirilmiş cavab matçının baş hakimi Daniele Orsato final fitindən sonra ağlayıb.
"Unikal" xəbər verir ki, italiyalı referi qitənin ən nüfuzlu klub turnirində sonuncu dəfə oyun idarə etdiyi üçün gözyaşlarını saxlaya bilməyib.
Tanınmış hakim bu ilin yayında Almaniyada təşkil olunacaq Avropa çempionatından sonra karyerasını bitirməyi planlaşdırır.