Təbriz təmsilçisi “Traktor”un səhmləri satışa çıxarılır.
"Unikal" xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Xəbərə görə, klubun Səhmdarlar Şurasının mayın 17-də keçirilən ümumi iclasında qəbul edilən qərara əsasən, ekspert qiymətləndirməsindən sonra klubun səhmlərinin satış şərtləri açıqlanacaq.
Bildirilib ki, səhmlərin potensial alıcıları bu barədə klubun ofisinə 15 gün ərzində müraciət etməlidirlər.