Ucarda minik avtomobili qəza töŕədib.

"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzində - Nəsimi  küçəsində baş verib.

İdarəetmədən çıxan "Vaz 2107" markalı maşın maneəyə çırpılaraq qəza törədib.

Xəstəxanaya aparılan sürücüyə müayinə olunaraq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov