Birinci Qarabağ müharibəsi zamanı itkin düşdüyü hesab edilən və Gəncədəkı Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu 30 il sonra müəyyənləşən Elşən Nəzərəli oğlu Xasiyevlə vida mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, şəhidin nəşi mərhumun ailə üzvlərinin Bakı şəhərinin Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən evinə gətirilib.

Mərasimdə mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşinin qalıqları vida mərasimi başa çatdıqdan sonra paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.