Çin Tayvan ətrafında hərbi təlimlərə başlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təlimlər zamanı Çinin sahil mühafizə gəmiləri ilk dəfə bir sıra adaların sularına daxil olub.

Çinin dövlət nəşri olan “Global Times” qəzeti yazıb ki, hazırkı təlimlər Tayvan adasının tətbiq etdiyi qeyri-qanuni ərazi ideyasını məhv edib. Ekspertlərin sözlərinə görə, manevrlər həm Tayvanın şərqində, həm də qərbində keçirilir ki, bu da Çin ordusunun bütün istiqamətlərdə zərbə endirmək qabiliyyətini nümayiş etdirir.

Ağarza Elçinoğlu