Bakı Ali Neft Məktəbi (BANM) ilə Buxarest Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi BANM-in rektoru Elmar Qasımov və Qara Dəniz Universitetləri Şəbəkəsinin (BSUN) Prezidenti və Buxarest Universitetinin rektoru Marian Preda imzalayıblar.

"Unikal" xəbər verir ki, Anlaşma Memorandumunda professor-müəllim heyəti, tələbə mübadiləsi, birgə tədqiqat fəaliyyətləri, seminarlarda və akademik görüşlərdə iştirak, tədris vəsaitləri və digər informasiya materiallarının mübadiləsi, eyni zamanda qısa müddətli xüsusi akademik proqramların icrası da nəzərdə tutulur.