Şəmkirdə evdə baş verən yanğın söndürülüb.

"Unikal"ın məlumatına görə hadisə rayonun Muxtariyyə kəndində qeydə alınıb.

Hadisə yerinə FHN yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının baş vermə səbəbləri araşdırılır.

*** 19:41

Şəmkirdə yanğın hadisəsi olub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Muxtariyyə kəndində qeydə alınıb.

Kənd sakininə məxsus fərdi yaşayış evi anidən yanmağa başlayıb.

Əraziyə FHN əməkdaşları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər gedir.

Tural Əhmədov