Dünya şöhrətli müğənni Beyons plagiatlığa görə məhkəməlik olub.
"Unikal" axsam.az-a istinadən xəbər verir ki, ifaçı ABŞ-də bir nömrəli hitə çevrilən "Break my soul" mahnısına görə plagiatlıqda günahlandırılıb. İddia Nyu-Orleans qrupu "Da Showstoppaz" tərəfindən qaldırılıb.
Beyons müğənni "Big Freedia"nın 2014-cü ildə işıq üzü görən "Explode" trekindən nümunələrdən istifadə edib. Bununla belə, "Da Showstoppaz" üzvlərinin sözlərinə görə, "Big Freedia" qrupun 2002-ci ildə yayımlanan "Release A Wiggle" mahnısından qanunsuz istifadə edib.
Qrup "Explode" və "Break my soul" mahnılarının titrlarında onların da adının qeyd edilməsini, həmçinin bu treklərdən gələcək qazanclardan qonorar gözləyir