2024-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri azaldılır.

"Unikal" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Qeyd edilib ki, sosial müdafiə və sosial təminat xərcləri təsdiq olunmuş 4542,2 milyon manata qarşı 4391,4 milyon manat və ya 150,8 milyon manat (3,3 faiz) az məbləğdə proqnozlaşdırılır.