"Prezidentimizə təşəkkür edirəm. Məni 3 övladıma, ailəmə bağışladı".

"Unikal" xəbər verir ki, bunu  4 saylı cəzaçəkmə müəssisəsindən əfv olunaraq azadlığa çıxan Gülüş Fətəliyeva deyib.

O bildirib ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə hökm olunmuşdu:

"Ümumilikdə 9 il həbs cəzasına məhkum edilmişdim. Cəzamın 6 ilini çəkdim, 3 ilindən isə bağışlandım. Prezidentə məni 3 övladıma, ailəmə bağışladığı üçün minnətdaram. İlk olaraq övladlarımın yanına gedəcəm, onları öpüb bağrıma basacam".

Anar Kəlbiyev