Hazırda Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyası artaraq normadan 1.5-1.7 dəfə artıq müəyyən edilib.

Unikal” xəbər verir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva deyib.

O bildirib ki, peyk görüntülərinə əsasən, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.

Tozlu hava şəraitinin sabah gündüz saatlarına qədər davam edəcəyi gözlənilir.

Xatırladaq ki, səhər saatlarında havada tozun miqdarı normadan 1.3 dəfə artıq olub.

XXX

12:04

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən xəbərə görə, hazırda havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.

Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir.