"YouTube" musiqi proqramına yeni funksiya əlavə edilib. 

"Unikal" xəbər verir ki, tətbiq istifadəçiləri artıq istədikləri musiqini zümzümə etmək və ya oxumaqla tapa biləcəklər. 

Qeyd edilib ki, bu funksiyanı ilk olaraq yalnız Android istifadəçiləri istifadə edə biləcəklər.

Android cihazları olan istifadəçilər proqramın axtarış panelinin yanında yerləşən mikrofon simvolunun sağındakı səs işarəsinə toxunaraq bu yeni funksiyadan istifadə edə bilərlər.

Zərifə Nağıyeva