İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (20.05.2024 - 26.05.2024) açıqlanıb.

ANAMA-dan "Unikal"a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 172 piyada əleyhinə mina, 32 tank əleyhinə mina, 274 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 164 9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.