Bu gün müğənni Afət Fərmanqızının Heydər Əliyev adına Beynəlxalq Hava Limanında polis tərəfindən saxlanıldığı iddia olunub.
"Unikal" xəbər verir ki, ifaçı "Instagram"da paylaşım edərək saxlanılma xəbərlərini təkzib edib.
Xatırladaq ki, Xalq artisti Flora Kərimova Afət Fərmanqızının onu təhqir etdiyini əsas gətirərək qarşı tərəfin üzr istəməsi və dəymiş mənəvi ziyana görə 100 min manat məbləğində təzminat ödəməsini tələb edirdi. İşə Binəqədi Rayon Məhkəməsi baxıb. Ekspert rəylərinə əsasən, A.Fərmanqızının sosial şəbəkələrdə iddiaçıya münasibətdə dediklərinin şərəf və ləyaqəti ləkələyən sözlər olduğu sübut edilib. Məhkəmə mülki iddianı qismən təmin edib. Qərara əsasən, cavabdeh Afət Fərmanqızıdan 10 min manat tutularaq iddiaçı Flora Kərimovaya ödənilməlidir.
Qeyd edək ki, Flora Kərimova Afət Fərmanqızını xüsusi ittiham qaydasında da məhkəməyə verib. Binəqədi Rayon Məhkəməsi Fərmanqızı haqda həbssiz axtarış qərarı çıxarıb.