“İstər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə Serbiya Respublikası üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə ölkənizin göstərdiyi kömək və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm”.
"Unikal" xəbər verir ki, bu fikirləri Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevə təbrik məktubunda bildirib.
“Böyük fəxr hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası həyati mənafelərin müdafiəsində dəfələrlə səmimi tərəfdaşımız olduğunu nümayiş etdirib və biz Serbiya Respublikasında bunu unutmayacağıq”, - məktubda vurğulanır.