Həndbol üzrə XXX Azərbaycan kubokunda finalçılar müəyyənləşib.

"Unikal" xəbər verir ki, qadınların mübarizəsində ilk olaraq yarımfinal görüşündə "Qarabağ" və "Kür" kollektivləri qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüşdə 29:28 hesabı ilə qələbə qazanan ikincilər həlledici mərhələyə vəsiqə qazanıblar.

Onların finaldakı rəqibi digər yarımfinal cütündə "İdman Akademiyası"na (45:28) qalib gələn "Azəryol" həndbolçuları olacaq.

Qeyd edək ki, “Kür” və “Azəryol” komandaları arasında baş tutacaq final oyunu mayın 30-da keçiriləcək.