Futbol üzrə Niderland millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti bəlli olub.
"Unikal" xəbər verir ki, baş məşqçi Andris Yonker siyahıya 26 oyunçunun adını daxil edib.
Qapıçılar: Bart Verbruqqen ("Brayton", İngiltərə), Mark Flekken ("Brentford", İngiltərə), Yustin Beylo ("Feyenord")
Müdafiəçilər: Matteys de Liqt (“Bavariya”, Almaniya), Vircil van Deyk (“Liverpul”, İngiltərə), Natan Ake (“Mançester Siti”, İngiltərə), Ceremi Frimponq (“Bayer 04”, Almaniya), Deyli Blind (“Jirona”, İspaniya), Stefan de Vrey (“İnter”, İtaliya), Lutsharel Qertryuyda (“Feyenord”), Denzel Dyumfris (“İnter”, İtaliya), Mikki van de Ven (“Tottenhem”, İngiltərə)
Yarımmüdafiəçilər: Corcinio Veynaldum ("Əl-İttifaq", Səudiyyə Ərəbistanı), Kodi Qakpo ("Liverpul", İngiltərə), Frenki de Yonq ("Barselona", İspaniya), Xavi Simons ("Leyptsiq", Almaniya), Yerdi Sxouten (PSV), Ticani Reynders ( "Milan", İtaliya), Doniell Malen ("Borussiya" Dortmund, Almaniya), Ten Kopmeyners ("Atalanta", İtaliya), Steven Berqveyn ("Ayaks"), Rayan Qravenberx ("Liverpul", İngiltərə) ), Yoey Verman (PSV)
Hücumçular: Memfis Depay ("Atletiko", Madrid, İspaniya), Vaut Veqxorst ("Hoffenhaym", Almaniya), Brayan Brobbi ("Ayaks").
Qeyd edək ki, Niderland yığması 14 iyun - 14 iyul aralığından baş tutacaq AVRO-2024-ün D qrupunda Polşa, Avstriya və Fransa milliləri ilə üz-üzə gələcək.