Qarabağda 1,5 milyona yaxın yerüstü minanın zərərsizləşdirilməsi 12600 ton karbon tullantısı ilə nəticələnə bilər.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.

Onun sözlərinə görə, bu minaların humanitar problemlərdən əlavə, ətraf mühitə də zərər yetirdiyini vurğulayır.

S.Poladov qeyd edib ki, Azərbaycan minatəmizləmə problemlərinin həlli üçün, əvvəlki kimi, beynəlxalq birlik və donorlarda iştirak etməlidir.

"Ümid edirik ki, bu maliyyə dəstəyi yaxın illərdə artacaq", - deyə o əlavə edib.