Xaçmaz rayonunda oğurluq edən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında rayon sakini Pərviz Allahverdiyevi saxlayıblar.

Onun 10 baş xırdabuynuzlu heyvan oğurlaması müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.