Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 475 manat dəyərində geyim əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.  

DİN-dən "Unikal"a bildirilib ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən 58 yaşlı A.İsgəndərov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

O, araşdırma aparılması üçün 10-cu Polis Şöbəsinə təhvil verilib.