Rusiya Federasiyasının Ədliyyə Nazirliyi LGBT icmasının nümayəndələrinə qadağa qoyulmasının səbəbini izah edib.
"Unikal" xəbər verir ki, bu barədə nazir müavini Oleq Sviridenkonun sözlərinə görə, LGBT icması Rusiya cəmiyyətinin əsaslarını məhv edən ideologiyaya əsaslanır.
"LGBT icmaları asanlıqla ekstremist fəaliyyətlərə cəlb olunur və gender ekstremizmi və millətçilik formasında ideoloji sxemlərin daşıyıcısına çevrilirlər", - nazir müavini SPIEF 2024-də deyib.
Sviridenko iddia edib ki, bütün bu hərəkətlərdə gender müharibəsi çağırışları var.
Ağarza Elçinoğlu