Çin Xalq Respublikasının Hebei İqtisadiyyat və Biznes Universitetinin vitse-przidenti Prof. Dr. Tian Xuebinin rəhbərlik etdiyi nümayəndə UNEC-də olub.
"Unikal" xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə hər iki universitet arasında mümkün əməkdaşlıq istiqamətlərində fikir mübadiləsi aparılıb.
Qarşılıqlı müzakirələrin sonunda UNEC ilə Hebei Universiteti arasında birgə proqramların təşkili, tələbə-müəllim mübadiləsi, Çin alimlərinin UNEC-in beynəlxalq elmi jurnalları ilə əməkdaşlığı, “smart” təhsil platformasının reallaşdırılması, eləcə də sentyabr ayında birgə tədbirlərin keçirilməsinə dair bağlı ilkin razılıq əldə olunub.