Şimali Koreyanın şənbə günü göndərdiyi 300-dən çox zibil balonu Cənubi Koreyaya çatıb.

"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreyanın rəsmi qurumlarına istinadən məlumat yayıb.

Təxminən 330 zibil şarı kağız və plastiklərlə doldurulub.

Qeyd edək ki, Şimali Koreya bir neçə gün əvvəl də Cənubi Koreyaya 600-dən çox zibil şarı göndərmişdi.