Yəmənin Ədən limanı sahillərində gəmiyə endirilən zərbədən sonra yanğın baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) X sosial şəbəkəsində məlumat yayılıb.
Hadisənin limandan 129 kilometr cənub-qərbdə qeydə alındığı bildirilir.
Ölən və yaralananlar haqqında məlumat yoxdur.
Hadisə hücum kimi qiymətləndirilir və araşdırma aparılır.