Türkiyənin Van-Bitlis magistralında Küskunkuran tunelinin yaxınlığında sərnişin daşıyan avtobusla yük maşını toqquşub.
"Unikal" xəbər verir ki, qəza nəticəsində sürücü daxil olmaqla, 2 nəfər ölüb, 30 nəfər yaralanıb.
Yaralılardan 4-nün vəziyyəti ağırdır.
Qəzanın səbəbi dəqiqləşdirilir.