İsrailin rabitə naziri Şlomo Kari iyunun 10-da vaxtı bitəcək Qətərin "Əl-Cəzirə" telekanalının qadağan edilməsi və ölkədəki ofislərinin bağlanması barədə sərəncamı əlavə olaraq 45 gün uzadıb.

"Unikal" xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Məlumata görə, rabitə nazirinin müvafiq təklifi İsrail Nazirlər Kabineti tərəfindən yekdilliklə qəbul edilib.

Kari qərarını əsaslandıraraq qeyd edib ki, “bu telekanalın dövlətin təhlükəsizliyinə vurduğu zərərin ciddiliyini nəzərə alaraq” İsraildə yayım qadağası və ofislərin bağlanması “gələcəkdə də uzadılacaq”.