Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edəcək.
“Unikal” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Türkiyə xarici işlər naziri Hakan Fidan 10-11 iyun 2024-cü il tarixlərində Rusiya Federasiyasına səfər edəcək”, –məlumatda bildirilir.
Məlumata görə, XİN rəhbəri Moskvada ikitərəfli görüşlər keçirəcək, həmçinin iyunun 11-də Nijni Novqorodda BRİKS xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutacaq BRICS+ sessiyasında iştirak edəcək.