Türkiyənin Van-Bitlis yolu üzərindəki Kuskunduran tuneli yaxınlığında yük avtomobili avtobusla toqquşub.

"Unikal" xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində azı iki nəfər ölüb, 30 nəfər yaralanıb.

Qeyd olunub ki, qəzada həlak olan iki nəfərdən biri avtobus sürücüsü, digəri isə sərnişindir. Yaralanan 30 nəfərdən dördünün vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.